NATO-nun Buxarest sammiti başlayırBu gün Buxarestdə NATO-nun sammiti öz işinə başlayır. Sammitdə dünyanın aparıcı ölklərinin dövlət və hökümət başçıları iştirak edəcək. Bu arada Ukrayna səfərini başa vurmuş Birləşmiş Ştatlar prezidenti Corc Buş NATO-nun sammitində iştirak etmək üçün Rumıniyaya gedib. Buxarest sammitinin gündəmində əsas məsələlər Şimali Atlantika Alyansının genişlənməsi, Əfqanıstan və Kosovadakı fəaliyyətin müzakirəsi olacaq. Bundan başqa Rusiya-NATO şurasının və Ukrayna-NATO komissiyasının iclası keçiriləcək. Həmçinin Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsi müzakirə ediləcək. Bir sıra NATO ölkələri bu dövlətlərin quruma daxil olmasına qəti etiraz edirlər. Sammit öncəsi Ukraynada səfərdə olan Corc Buş isə Viktor Yuşşenkoyla birgə keçirdiyi mətbuat konfransında Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasını dəstəklədiyini bəyan edib. NATO üzvlüyünün Ukrayna üçün müsbət olacağını deyən prezident Viktor Yuşşenko 2008-ci ildə Ukrayna-NATO əməkdaşlığı planı barədə fərman verib. Bundan başqa Corc Buşun Ukrayna səfəri çərçivəsində iki ölkə arasında «Yol xəritəsi» planı imzalanıb. Bu sənəddə ikitərəfli əməkdaşlığın perspektivləri öz əksini tapıb. «Yol xəritəsi» siyasi, təhlükəsizlik, iqtisadi-ticari, hərbi, elmi-tədqiqat sahələrini əhatə edir. Ukrayna danışıqlarını başa vuran Corc Buş NATO-nun sammitində iştirak etmək üçün rumıniyaya gedib. NATO-nun bu iclası Ağ ev rəhbəri üçün sonuncu olacaq. Sammitdə Corc Buşun NATO ölkələrinə Əfqanıstana əlavə hərbi qüvvələr göndərməsi barədə təkid edəcəyi gözlənilir. Gündəmdə Şimali Atlantika Alyansının genişləndirilməsi məsələsi də var. Corc Buş bütün demokratik ölkələrin NATO-ya üzvlüyə şansı olduğunu söyləyib.
Açar sözlər: dunya